Rusiya nüvə silahından istifadə üçün əsas şərti açıqladı

2020-08-07 10:22:17 / 4452 dəfə oxunub

Rusiyanın Müdafiə Nazirliyi ilk dəfə digər dövlətlərə nüvə zərbəsinin endirilməsi üçün şərti açıqlayıb.

Bu barədə Nazirliyin "Krasnaya zvezda” nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, Rusiyanın bu qəbildən olan raketi buraxması üçün ilk səbəb "ölkənin və ya onun müttəfiqlərinin ərazisini hədəf seçmiş ballistik raketin startı ilə bağlı etibarlı məlumatın daxil olması”dır.

Qeyd olunur ki, ballistik raketin nüvə başlığı ilə təchiz olunması vacib deyil, çünki monitorinq sistemi onların varlığını müəyyən edə bilmir. Bütün bunlar qarşısında isə cavab zərbəsi istənilən halda endiriləcək.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!