Adil Əliyev seçiciləri ilə görüşüb

2020-08-08 21:59:53 / 3409 dəfə oxunub
Bugün deputat seçildiyim 20 saylı Nərimanov ikinci seçki dairəsində qanunvericiliyin tələblərinə uyğun olaraq seçicilərimin növbəti qəbulunu keçirdim.
Qəbul zamanı 28 seçici üzləşdiyi müxtəlif növ problemləri səsləndirdilər və onlar tərəfindən qaldırılan sosial, kommunal, infrastruktur, humanitar məsələlər müzakirə edildi. Seçiçiləri narahat edən, sosial, kommunal, infrastruktur və məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar problemlərinin bir qismi dərhal yerindəcə həll edildi.
Habelə seçicilərin kommunal problemlərin aradan qaldırılması, təhsil, işsizlik və digər müraciətləri araşdırılması və zəruri tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndərilməsi barədə qərar qəbul edildi. Eyni zamanda məhkəmə predmeti ilə əlaqədar olan məsələlərlə bağlı seçiçilərə lazımi hüquqi izahlar verildi və tələb olunan sənədlərin hazırlanması qaydası izah olundu.
Görüş zamanı ölkəmizin koronavirusa qarşı aparılan mübarizənin mühümlüyünü və bu sahədə çox ciddi uğurların əldə olunmasını, büdcədə nəzərdə tutulmuş və onların həyatına təsir edəcək bütün sosial proqramların icra olunmasını, xüsusilə son günlər yoluxanların statistikanda azalmaların olmasına buna baxmayaraq hər kəsin Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün növ tapşırıq və tövsiyələrinə əməl etməyin vacibliyi bildirildi.
Görüşdə iştirak edən vətəndaşlar qaldırılan məsələlərin həllinə görə öz minnətdarlıqlarını diqqətə çatdırmaqla yanaşı Azərbaycan xalqının daim öz rəhbərlərinin yanında olmasını, pandemiyada dövründə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Keçirilmiş görüş zamanı karantin qaydalarına əməl edilmiş və yekunda aztəminatlı ailələrə sovqat paylanılmışdır. Adil Əliyev Milli Məclisin vitse-spikeri

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!