Şəhid general Polad Həşimovun yaşadığı bina təmir olunur - VİDEO

2020-08-10 10:09:08 / 2973 dəfə oxunub

Sumqayıt şəhərinin 13-cü mikrorayonu ərazisində Tovuzda baş verən döyüşlərdə şəhid olan general Polad Həşimovun bir vaxtlar yaşadığı binanın əsaslı təmirinə başlanılıb.

Baku TV xəbər verir ki, hazırda iki növbəli olmaqla, bir neçə briqada bu işə cəlb olunub.

Beş bloklu yaşayış binasının üzlüyü qaşınaraq, suvaq işləri aparılır. Dəmir çərçivələr qurulub, yüksək səviyyədə təmir işləri görülür. Dövlət tərəfindən həyata keçirilən işlər sakinlərin ürəyincədir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bir neçə gündür başlanan təmir-bərpa işlərinin qısa zamanda başa çatdırılması üçün lazımi tədbirlər görülüb.

Əraziyə tikinti materialları gətirilib. Əsaslı təmirin yüksək səviyyədə həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Hazırda binanın ön üzlük hissəsi təmir olunaraq rənglənir.

Daha sonra giriş hissələrə müasir qapılar qoyulacaq. Binanın bütün kommunal xətləri yenilənəcək. Görülən işlər şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılmasının aydın təzahürüdür.

Yaşayış binasında həyata keçirilən təmir-bərpa və abadlıq işlərinin qısa müddət ərzində başa çatdırılması planlaşdırılır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!