Ağ Evə hücumun təfərrüatı məlum oldu - VİDEO

2020-08-11 09:50:25 / 2131 dəfə oxunub

ABŞ-ın gizli xidməti Ağ Ev yaxınlığında baş verən atışmanın təfərrüatını açıqlayıb.

Müvafiq açıqlama şöbənin "Twitter” hesabında yerləşdirilib.

Binaya hücum edənin 51 yaşlı bir kişi olduğu qeyd olunur.

Həmin şəxs axşam saat 6-da gizli xidmətin əməkdaşına yaxınlaşıb. O, silahlı olduğunu deyib və silahını çıxarmağa macal tapmamış, asayiş keşikçisicəld tərpənib və naməlum şəxsi yaralayıb.

Daha sonra şübhəli şəxsə tibbi yardım göstərilib və o, xəstəxanaya aparılıb.

ABŞ gizli xidmətinin əməkdaşının hərəkətləri ilə bağlı daxili araşdırma aparacağı bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransı keçirən zaman küçədən atışma səsi eşidilib və mühafizəçi dövlət başçısını zaldan çıxarıb. Şübhəli şəxs zərərsizləşdirildikdən sonra Tramp zala qayıdıb və hadisənin onunla əlaqəsi olmadığını deyərək, konfransıdavam etdirib.


Son xəbərlər
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Atəşkəs pozuldu
2020-09-22 10:47:19
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!