“Qarabağ” dayaq bloku dəniz yatağına nəql ediləcək - RƏSMİ

2020-08-11 12:10:52 / 2485 dəfə oxunub

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun operatoru "BOS Shelf” şirkəti Xəzər dənizində tarixin ən böyük sualtı neft-qaz hasilatı qurğusu olan "Qarabağ” dayaq blokunun tikintisini başa çatdırıb.

Trend-in məlumatına görə, bunu şirkətin direktor müavini Nazim Hüseynov zavodda media-tur zamanı deyib.

O bildirib ki, dayaq blokunun tikintisi başa çatıb və struktur "STB-1” barjasına yüklənib və buradan dəniz yatağına nəql ediləcək.

Qeyd edək ki, "Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. "STB-1” daşıma barjına yüklənəcək konstruksiyanın hündürlüyü 187 metr, ümumi çəkisi 16 min tondur. Struktur 182 metr dərinlikdə quraşdırılacaq. Blokun tikintisi iki il ərzində aparılıb. Dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.


Son xəbərlər
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Atəşkəs pozuldu
2020-09-22 10:47:19
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!