Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

2020-08-11 13:50:34 / 2232 dəfə oxunub

Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir.

Sabahinfo.az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin daha da genişlənməsi, dərinləşməsi Azərbaycan siyasətinin əsas istiqamətlərindəndir:

"Qardaş Türkiyə hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir. 12 iyul tarixində Ermənistanın törətdiyi təxribat zamanı da biz qardaş Türkiyənin bu dəstəyinin şahidi olduq. Buna görə, mən həm öz adımdan, həm Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

Azərbaycan hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyir və Türkiyənin yanındadır. Burada göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm".

Sonda Ceyhun Bayramov Mövlud Çavuşoğlunu Azərbaycana dəvət edib. Dəvəti qəbul edən Türkiyə XİN rəhbəri Azərbaycanda özünü evindəki kimi hiss etdiyini bildirib və tezliklə Azərbaycana səfər edəcəyini qeyd edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!