Sosial şəbəkələrdə yayılan işgəncə iddiaları ilə bağlı AÇIQLAMA

2020-08-12 09:12:04 / 2268 dəfə oxunub

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) monitorinq keçirib.

Bu barədə komitə sədri Tural Hüseynov məlumat verib.

O bildirib ki, monitorinqi komitə sədrinin müavini Elçin Şirinovla birgə keçirib:

"Monitorinqi keçirməkdə məqsəd sosial şəbəkələrdə bir neçə şəxsin guya BMCMİ-də işgəncələrə məruz qalmaları ilə bağlı yayılan fotoların araşdırması olub. Araşdırma nəticəsində bizə məlum oldu ki, bu fotolar məqsədli şəkildə əvvəlcədən planlaşdırılmış ssenari üzrə çəkilib. Belə ki, həmin fotolardakı şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil, həmin fotolar da Azərbaycanda çəkilməyib, şəkillərdəki Azərbaycan bayrağı və polis gerbini isə məqsədli şəkildə ora qoyublar. Avtomobilin qarşısında fotosu olan şəxs isə hüquq-mühafizə orqanlarında çalışmır.

Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs Azərbaycan vətəndaşıdır, ancaq hüquq-mühafizə orqanlarında işləmir. O, rayonlardan birində yaşayır və tam fərqli bir sahənin adamıdır, hüquq-mühafizə orqanları ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur".

Son xəbərlər
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Atəşkəs pozuldu
2020-09-22 10:47:19
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!