Ceyhun Bayramov: Biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq

2020-08-12 13:01:33 / 2788 dəfə oxunub

Azərbaycan tərəfi olaraq biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq.

Trend-in məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə səfəri çərçivəsində "CNN Türk" kanalına Ermənistan-Azərbaycan münqişəsi barəsində danışarkən deyib.

Nazir bildirib ki, münaqişənin siyasi yolla həll olunması üçün kifayət qədər beynəlxalq hüquqi baza mövcuddur. Hələ 1993-cü ildən başlayaraq BMT-nin 4 qətnaməsi var. Həmin 4 qətnaməyə əsasən, Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrinin çıxarılması, Azərbaycanın məcburi köçkünlərinin həmin ərazilərə dönməsinin təmin edilməsi tələb olunur:

"Eyni zamanda Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin bərpa olunması tələbi irəli sürülmüşdür. Eyni tələblər müxtəlif beynəlxalq təşkilatların sənədlərində, qətnamə və qərarlarında da öz əksini tapmışdır. Belə olan təqdirdə məsələnin siyasi dialoq yolu ilə həlli aydındır.

Hesab edirik ki, burada Ermənstan tərəfinə beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən ciddi təzyiqlər olmalıdır. Bu məsələdə Azərbaycanın mövqeyi dəyişməzdir və dönməzdir. Həmin o qətnamələr tam olaraq yerinə yetirilməlidir".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!