“Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı

2020-08-12 13:26:17 / 2530 dəfə oxunub
Xəbər verdiyimiz kimi, dünən sosial şəbəkələrdə "Bandotdel”də insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolar yayılmışdı.

Polisə "işlədiyi” bildirilən Elnur Qasımovla əlaqə yaradaraq məsələnin təfərrüatını öyrənib:
"Mən özüm taksi sürücüsüyəm, polislə heç bir əlaqəm yoxdur.Dünəndən aləm dəyib bir-birinə, bütün qohum-əqrəba mənim üstümə düşüb. Şəklimi hansı vicdansız yayıb, bilmirəm. Mən hüquq-muhafizə orqanlarına və məhkəməyə şikayət etməyə gedirəm. Polislə heç vaxt əlaqəm olmayıb, hazırda da yoxdur. Mən sıravi vətəndaşam, ailəmi güclə dolandıran bir şəxsəm. Mənim şəklimi yayaraq polislə adımı hallandırmaq yolverilməzdir, mənə və ailəmə böyük təhqirdir. Mən o şəkilləri yayanları tapacağam. Digər fotolarda olan şəxsləri də tanımıram”./Unikal.org
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!