ÜST: Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqların təfərrüatı nəzərdən keçiriləcək

2020-08-12 15:43:41 / 2372 dəfə oxunub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyada qeydiyyatdan keçmiş COVID-19-a qarşı peyvəndlə bağlı açıqlama verib.

ÜST-ün Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, qurum COVID-19-a qarşı peyvəndin Rusiya Federasiyasının yerli dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməsi haqda məlumatlıdır.

Təşkilat Rusiyadakı tədqiqatçılar və səlahiyyətli şəxslərlə təmasdadır və aparılan sınaqların təfərrüatını nəzərdən keçirməyə hazırlaşır:

"Bu, COVID-19-a qarşı ilk qeydiyyatdan keçmiş peyvənddir, digər ölkələr namizəd peyvəndlər üzərində kliniki sınaqlar aparmağa davam edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı peyvəndin tədqiqatına və inkişafına dair bütün irəliləyişləri alqışlayır. Təşkilat 2020-ci ilin yanvar ayından etibarən qlobal səviyyədə aparılan elmi-tədqiqat işlərinə rəhbərlikdə və prosesi sürətləndirmədə aktiv iştirak edir.

Peyvənd tədqiqatını sürətləndirərkən, istehsala gedəcək peyvəndin təhlükəsiz və səmərəli olması üçün müəyyən olunmuş prosedurlar və inkişaf mərhələsindəki bütün addımlar həyata keçirilməlidir. ÜST dünyada bu peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığın təminatını təşviq edir".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!