ABŞ 600 milyon doza koronavirus peyvəndi istehsal edəcək

2020-08-13 09:39:40 / 4426 dəfə oxunub

Mütəxəssislərtərəfindən istifadəsinə icazə veriləcəyi təqdirdə, ABŞ təxminən 600 milyon doza koronavirus peyvəndi istehsal etməyə hazırlaşır.

TASS agentliyi xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Peyvəndlərlə bağlı bəzi yaxşı xəbərlərimiz var. "Moderna” adlı şirkətlə 100 milyon doza vaksini istehsal etmək üçün razılaşma əldə olunub. Federal hökumət dozaların alınmasını maliyyələşdirəndən sonra biz onları alacağıq”, - deyə, D.Tramp bildirib.

D.Tramp əlavə edib ki, üç namizəd peyvənd artıq klinik sınaqların son mərhələsindədir və hökumət vaksinin istehsalına böyük sərmayə qoyur: "100 milyon dozanı tez bir zamanda istehsal etmək yolundayıq. Mütəxəssislər tərəfindən təsdiqlənəndəndərhal sonra daha 500 milyon doza istehsal olunacaq”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!