Pandemiya dövründə işsiz qalmış aztəminatlı ailələrə yardım edildi

2020-08-14 16:23:00 / 5100 dəfə oxunub
Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Kimsəsiz Uşaqların Sosial Müdafiəsi Birliyinin təşkilatçılığı ilə "Koronavirus pandemiyasına birlikdə qalib gələk!” adlı layihə həyata keçirilir. Layihənin məqsədi Gəncə şəhərində koronavirus dövründə işsiz qalmış, sosial əlaqələri və işgüzar münasibətləri olmayan, ailə başçısını itirmiş aztəminatlı ailələrə ərzaq yardımı göstərmək, eyni zamanda vətəndaşlarımızı bu pandemiyanın ciddiyyəti haqqında ətraflı maarifləndirməkdir. Layihə çərçivəsində bu gün Gəncə şəhərində yaşayan 78 aztəminatlı ailəyə market alış-veriş kuponu göndərildi. Həmin ailələr kuponları marketə təqdim etməklə 50 AZN dəyərində alış-veriş edə biləcəklər. Eyni zamanda Gəncə sakinlərinə pandemiya haqqında maarifləndirici bukletlər paylanıldı.

Son xəbərlər
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Atəşkəs pozuldu
2020-09-22 10:47:19
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!