Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb

2020-08-14 17:08:18 / 4967 dəfə oxunub

Bu ilin 14 avqust tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub.

Səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi Xarici İşlər naziri təyinatı ilə əlaqədar Ceyhun Bayramova səmimi təbriklərini çatdırıb. Azərbaycanda diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir Ceyhun Bayramov səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Atəşkəs pozuldu
2020-09-22 10:47:19
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!