Bakıda məşhur nəşriyyatda polis reydi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

2020-08-14 17:09:47 / 4724 dəfə oxunub

Bu gün "Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşlarının qapalı məkanlarda tibbi maskadan istifadə ilə bağlı reydi ilə əlaqədar olaraq mətbəəyə girməsinə və çəkiliş aparılmasına etiraz edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkədə videogörüntü yayımlayıb.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan ZahidovOxu.Az-a açıqlamasında bildirib ki, mətbəədə yoxlanış zamanı polis əməkdaşları qanunvericiliyin tələblərinə tam formada əməl ediblər:

"Beş aydır ki, polis əməkdaşları karantin rejiminə nəzarət edirlər. İstər avtobus, istər nəşriyyat, mağaza və digər qapalı məkanlar olsun, nəzarət qaydasında baxış keçirirlər.

Sözügedən bina şəxsi mülk olsa da, ora iş yeridir və polis də qaydalara əməl edilib-edilməməsinə görə reydkeçirib.

Nəyəsə görə oranın rəhbəri bunu anlayışla qarşılamır.Deyir ki, bura onun şəxsi mətbəəsidir.Ona qalsa, bütün restoranlar, kafelər, mağazalar kiminsə obyektləridir. Belə çıxır ki, kim necə istəsə, karantin rejiminə riayət etməyə bilər?”

O, polis əməkdaşlarından birinin maska taxmamasının görüntülənməsindən də danışıb:

"Polislərdən biri qara, digəri ağ maska taxıb. Videonun əvvəlində görülən görüntüdə isə polis əməkdaşı danışan zamanı sosial məsafəni qoruyaraq, maskanı çıxarıbsözünü deyir, sonra yenə maska taxır”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!