Siyavuş Novruzov: “İştirak eləmişəm, düz eləmişəm”

2020-08-21 16:48:15 / 12314 dəfə oxunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu gündəmin əsas müzakirə mövzularından biridir. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib, kütləvi tədbirlər, o cümlədən toylar qadağan olunub. Buna cəhd edənlər isə cəzalandırılıb.

Bu baxımdan, Ramiz Mehdiyevin nəvəsinə toy etməsi ictimai müzakirələrə səbəb olub və akademik, eyni zamanda toya qatılanlar tənqid atəşinə tutulub.

Həmin toyda Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov və həyat yoldaşı Ombudsman Səbinə Əliyeva da iştirak edib.

Yenisabah.az YAP-çı deputatla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb.

- Siyavuş müəllim, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinizə görə tənqid hədəfinə gəlmisiniz...

- O toy bütün qayda-qanunlara uyğun olaraq keçirilib. Yəni, Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub.

- Amma sosial şəbəkələrdə yayılan videodan görünür ki, mərasim açıq havada keçirilməyib və sosial məsafə gözlənilməyib.

- Hamısı gözlənilib. Hər bir masanın arasında 3-4 metr məsafə var idi.

- Videoda belə görünmür axı...

-Ola bilər sizin videoda belə veriblər.

- Bizim video deyil, toydan çəkilmiş videodur...

- Bilirsiniz, iştirak eləmişəm, düz eləmişəm.

- Siz demişdiniz ki, karantin qaydalarını pozmaqla bağlı cəzalar sərtləşdirilsin.

- Bəli, bəli. Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər. Mənboyda kişinin sözünü qoymusan, videoya inanırsan.

- Video başqa yerdən çəkilməyib. İndi gözümüzlə gördüyümüzə inanmayaq?

- Yox, yox. Mən çəkən kimdi onu da bilirəm. Əfqanıstanda "naçalnik razvetka”nın sədri işləmişəm. Onu da bilirəm, bunu da bilirəm. Hər şey orada gözlənilib, qayda-qanuna da əməl olunub.

- Toy neçə saat çəkib?

- Mən onu deyə bilmərəm.

- Yaxşı, siz neçə saat iştirak eləmisiniz?

- Mən onu necə deyim?! Qəzetlikdir bəyəm?! Neçə saat iştirak etməyim mənim işimdir.

Son xəbərlər
Rəzalət davam edir...
2020-10-29 16:49:37
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!