Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi

2020-08-26 09:53:34 / 12545 dəfə oxunub

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Sabahinfo.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları rayon ərazisində əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Əbdül Eyvazovu şübhəli şəxs qismində saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,910 qram heroin aşkar edilərək götürülüb.

Eyni zamanda Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü Vasif Davidovu saxlayıb.

Onun üzərindən 7,163 qram marixuana aşkar edilərək götürülüb.

Son xəbərlər
Rəzalət davam edir...
2020-10-29 16:49:37
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!