Dünyada okean səviyyəsi kritik həddə çatdı: 16 milyon insan təhlükədə

2020-09-02 09:12:51 / 10394 dəfə oxunub

Alimlər buzlaqların ərimə sürətinin ilkin gözləntiləri aşdığını qeyd edirlər.

"Nature Climate Change” bu barədə xəbər yayır.

Bildirilir ki, son illərdə Antarktida və Qrenlandiyada buzlaqlarının ərimə templəri nəzərəçarpacaq dərəcədə sürətləndiyindən dünya okeanının səviyyəsi kəskin artıb.

Dəniz səviyyəsində artımın 90-cı illərdən bəri 1,8 santimetrə çatdığı, bunun ən pis vəziyyət olduğu qeyd edilir.

Hazırda dünya okeanının səviyyəsi hər il dörd millimetr artmağa davam edir.

Buz əriməsinin mövcud artım templəri qalarsa, bu əsrin sonunda dəniz səviyyəsi 17 santimetr artacaq və bu da sahil ərazilər üçün təhlükəli olacaq. Bu gün təxminən 16 milyon insanın yaşadığı ərazilər su altında qala bilər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!