Azərbaycanda 139 nəfər COVİD-19-a yoluxub, 128 nəfər sağalıb, 1 nəfər vəfat edib

2020-09-08 16:42:41 / 3391 dəfə oxunub

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37 557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34 965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2 040 nəfərdir.

Ölkədə son sutka ərzində 6 798, hazırkı dövrədək isə 973 838 test aparılıb.

Son xəbərlər
Rəzalət davam edir...
2020-10-29 16:49:37
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!