Tramp niyə koronavirus təhlükəsini gizli saxladığını açıqladı

2020-09-10 10:18:15 / 1408 dəfə oxunub

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib ki, ilin əvvəlində ölkədə çaxnaşmadan, həmçinin tibbi təyinatlı malların və fərdi müdafiə vasitələrinin qiymət artımından qaçmaq üçün koronavirus pandemiyasının təhlükəsi barədə dərhal açıqlama verməmək qərarına gəlib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Birləşmiş Ştatlar prezidenti vurğulayıb ki, ölkə rəsmilərinin nümayiş etdirməli olduqları son şeylər "təlaş, həyəcan və qorxu” olmalı idi.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Co Bayden çıxışlarının birində koronavirus təhlükəsi barədə susduğu və cəmiyyəti vaxtında məlumatlandırmadığı üçün D.Trampı ittiham etmişdi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!