ÜST COVID-19 peyvəndlərinin dünyada paylanmasının vaxtını açıqladı

2020-09-10 10:32:59 / 1132 dəfə oxunub

COVID-19-a qarşı peyvəndlərin klinik sınaqlarının üçüncü mərhələsinin nəticələri 2021-ci ilin əvvəlində məlum olacaq. Dərmanın ilk bir neçə yüz milyon dozasıisə gələn ilin ortaları üçün gözlənilməlidir.

Bu barədə "İzvestiya”ya Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib.

Bildirilib ki, bu peyvəndlərdən birinin, yaxud bir neçəsinin təhlükəsiz və təsirli olması gözlənilir, lakin söhbətin məhz hansından getdiyi hələ məlum deyil:

"Yalnız üçüncü mərhələnin nəticələri buna aydınlıq gətirəcək”.

ÜST-ün məlumatına görə, bu gün dünyada 200-dən çox koronavirus peyvəndi hazırlanır, onlardan 30-u artıq insanlarda sınaqdan keçirilir.

Qeyd edək ki, preparatınhazırlanmasının beş mərhələsi var:

- klinika öncəsi tədqiqatlar,

- mərhələ 1 - kiçik insan qrupunda test, təhlükəsizliyin və dozanın yoxlanılması,

- mərhələ 2 - ayrı-ayrı yaş qrupları üzrəyüzlərlə insanda geniş sınaqlar,

- mərhələ 3 - minlərlə insanda test

- peyvəndin təsdiqlənməsi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!