Mikayıl Cabbarov Türk Şurasının Baş katibi ilə görüşdü - FOTO

2020-09-10 14:11:29 / 1168 dəfə oxunub

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşü keçirilib.

Nazirlikdən verilən məlumata görə, Mikayıl Cabbarov Azərbaycanın TDƏŞ üzvü olan dövlətlərlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, ölkəmizin iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib, TDƏŞ Baş katibi Bağdad Amreyevə bu ilin iyul ayının 14-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə əlaqədar verdiyi bəyanata görə təşəkkürünü bildirib.

İqtisadiyyat naziri TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, Türk Ticarət Evinin yaradılmasının üzv ölkələrin ixrac potensialının artırılması istiqamətində müsbət təşəbbüs olduğunu vurğulayıb.


Baş katib Bağdad Amreyev üzv ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsi, əlaqələrin inkişafı baxımından TDƏŞ-in önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın təşkilatda fəal iştirakını vurğulayıb.

Görüşdə TDƏŞ çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları, "Turkic Vision – 2040” strateji konsepsiyasının hazırlanması, Birgə İnvestisiya Fondunun yaradılması, Ticarətin Asanlaşdırılması üzrə Strategiya Sənədi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!