Pamdemiyadan zərər çəkən Mingəçevir və Tərtər sakinlərinə ərzaq köməkliyi edildi

2020-09-14 11:12:42 / 501 dəfə oxunub

Türkdilli Dövlətlərlə Dostluq və Mədədni Əlaqələr Cəmniyyəti Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Pandemiya dövründə xüsusi risk qrupu insanlar arasında maarifləndirmə işinin təşkili və onlara sosial yardımın göstərilməsi” layihəsinin həyata keçirilməsinə başlamışdır.

Layihəni həyata keçirməkdə başlıca məqsəd pandemiyadan zərər görmüş Mingəçevir şəhərində yaşayan ailələrə dəstək olmaq və Tərtər rayonunun sərhəd bölgəsində yaşayan kəndlərin sakinlərinə sosial dəstək verməkdən ibarətdir. Layihədə iştirak edən 170 ailənin hər birinə 40 manatlıq ərzaq kuponu təqdim ediləcək və həmin şəxslər bu koponlarla əvvəlcədən razılaşdırılmış marketə yaxınlaşıb kuponlarını təqdim etməklə istədikləri ərzaq məhsullaırnı ala biləcəklər. Bundan əlavə layihə iştirakçılarına Covid 19 virusundan qorunmaqla bağlı bukletlər poçt vasitəsilə ünvanlarına göndəriləcək. Bu layihəni keçirməklə dövlətimizin öz vətəndaşlarına dəstəyinin şahidi olacaq və birlikdə bütün problemlərə qalib gələ biləcəyimizi nümayiş etdirmiş olacağıq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!