Metro stansiyasına general Polad Həşimovun adı veriləcək? - RƏSMİ

2020-09-14 12:28:26 / 324 dəfə oxunub

Sosial şəbəkələrdə metronun hansısa stansiyasına Tovuz hadisələri zamanı şəhid olmuş general Polad Həşimovun adının verilməsi ilə bağlı yayılan videolar həqiqəti əks etdirmir.

Bu barədəOxu.Az-a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu "Bakı Metropoliteni” QSC tərəfindən hazırlanmayıb:

"Sözügedən videogörüntülər kim tərəfindən hazırlanıb, bilmirik. Lakin bu gün belə bir məsələ gündəmdə deyil. Metropolitenin stansiyaların adlandırılması ilə bağlı məsələyə Nazirlər Kabineti nəzarət edir. Bu istiqamətdə rəsmi, dəqiq məlumat olarsa, ictimaiyyətə məlumat verilər”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!