“İrəli” İctimai Birliyi təcrübə proqramı elan edir

2020-09-14 14:13:35 / 590 dəfə oxunub

"İrəli” İctimai Birliyi gənclərin bilik, praktiki bacarıqlar və şəxsi inkişafına dəstək vermək məqsədi ilə yenidən gənclər üçün təcrübə proqramı elan edir. İctimai birlikdən bildirilib ki, proqramda iştirak etmək istəyən gənclər qurumun "İnsan Resursları”, "Mətbuat Katibliyi”, "İrəli” Media Mərkəzi, "Beynəlxalq Əlaqələr Katibliyi”, "Layihələrlə iş üzrə katiblik” istiqamətləri üzrə müraciət edə bilərlər. Təcrübə proqramına seçilən gənclərin seçim prosesi müraciətlərin qəbulu və onlayn müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq. Mövcud pandemiya vəziyyəti ilə əlaqədər olaraq gənclər əsasən sərbəst və uzaqdan iş prinsiplərində olacaq.

Üç ay davam edəcək təcrübə müddətini uğurla başa vuracaq gənclər şəhadətnamə ilə təltif olunacaqlar. Təcrübə proqramına 17-25 yaşlarında, təşəbbüskar, məsuliyyətli, komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər.

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçirilir. Ərizələr sentyabr ayının 20-də saat 12:00-dək qəbul ediləcək.
Qeydiyyat və ətraflı məlumat üçün link:http://ireli.az/tecrubeqazan/.

Əgər siz də, ictimai sferada özünüzü tanıtmaq və ictimai fəaliyyətinizi inkişaf etdirmək istəyirsinizsə, "İrəli” ailəsinə qoşulun!

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!