Deputatdan “Bilik günü” təbriki

2020-09-15 09:28:05 / 675 dəfə oxunub
Hörmətli müəllimlər, əziz tələbələr, şagirdlər!
Hər birinizi 15-sentyabr "Bilik günü” münasibətilə səmimi qəlbdən təbrik edirəm, möhkəm can sağlığı,tədrisdə və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Tale belə gətirdi ki, koronovirus pandemiyasına görə fevral ayından başlayaraq bir çox sahələrdə olduğu kimi, təhsilin keyfiyətli tədrisində də problemlər yaranmışdır. Pandemiyanın sonu nə vaxt olacağı barədə hələlik dəqiq məlumatlar yoxdur. Ancaq bu normal təhsil almaq, biliklərinizi artırmaq üçün maneçilik törətməməlidir. Son illər Azərbaycanda 3500-dən artıq yeni məktəb tikilmişdir və tikilməkdədir. Əksər məktəblər əsaslı təmir olunmuş, istisnasız olaraq bütün ali məktəb binaları təmir olunmuş, yeni universitetlər, korpuslar tikilmişdir. Tələbələrin, şagirdlərin keyfiyyətli təhsil almaları, elmi biliklərə yiyələnmələri üçün ən müasir şərait yaradılmışdır. Bütün bunlardan səmərəli istifadə edərək, xalqına,dövlətinə layiq vətəndaş yetirmək,yetişmək isə, ilk növbədə müəllimlərin və təhsil alanların borcudur. Ümidvaram ki, 2020-2021-ci tədris ilinin sonuna qədər Covid-19 yox olacaqdır.
Bir daha təbrik edirəm və bol-bol uğurlar arzulayıram.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!