Azərbaycanda müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana oldu

2020-09-15 12:43:45 / 367 dəfə oxunub

Lerikdə müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana olub.

Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz Dünya”İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib. Sədr məktəblinin oğlu olduğunu deyib:

"Məktəbli artıq anadır. Uşağın çəkisi 4 kiloqramdan çox olub. Ana özünü yaxşı hiss edir. Doğuşu da əməliyyatsız həyata keçirilib”.


Qeyd edək ki, Şirvan Apellyasiya Məhkəməsi azyaşlı qızın hamilə qalmasına səbəb olan müəllimlə bağlı çıxarılmış hökmü ləğv edib.

Xatırladaq ki, Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi açılıb.

Aparılan istintaqdan sonra 15 yaşlı şagirdlə cinsi əlaqədə olanmüəllimə hökm oxunub. Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun sədrlik etdiyi prosesdə Məmmədov Şəfahətə 1 il iş verilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!