Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verdi

2020-09-15 15:40:26 / 370 dəfə oxunub

Sentyabrın 15-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisdən Sabahinfo.az-a verilən məlumata görə, komitə sədri Sadiq Qurbanov 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib.

Bildirilib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. Qeyd olundu ki, ötən dövrdə komitədə ölkəmiz üçün çox vacib məsələ olan su ehtiyatlarının idarə olunmasına, bu sahədə mövcud problemlərin həllinə həsr olunmuş geniş tərkibli parlament dinləmələri keçirilib.

S.Qurbanov onu da qeyd etdi ki, yaz və növbədənkənar sessiyalar dövründə komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Komitə üzvləri hesabatı məqbul hesab etdilər.

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edildi. Bildirildi ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Milli Məclisin deputatlarının, Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi barədə sənədlərin müzakirəsi daxil edilib. Komitənin qanunvericilik işləri planı təsdiq edildi.

Komitənin toplantısında cari məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.

Deputatlardan Asim Mollazadə, Afət Həsənova, İltimas Yusifov, Fatma Yıldırım, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Naqif Həmzəyev, komitənin eksperti Şamil Hüseynov neft istehsalı və emalı zamanı yaranan qrunt sularına texnoloji proseslərə uyğun şəkildə nəzarət olunması, bölgələrdə ekoloji tarazlığın pozulmasına gətirib çıxaran məişət tullantılarının təkrar emalı prosesində sahibkarların və vətəndaşların məsuliyyətinin artırılması, məktəblilər arasında ətraf mühitə münasibətin daha da yaxşılaşdırılması üçün Təhsil Nazirliyi ilə birlikdə orta məktəblər üçün "Yaşıl bilik” adlı proqramın işlənib hazırlanması, su və təbii qaz təchizatı ilə bağlı mövcud problemlərlə bağlı fikirlərini bildirdilər, faydalı təkliflər səsləndirdilər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!