Rusiya ərazisində qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

2020-09-16 10:39:19 / 314 dəfə oxunub

Rusiyanın Dağıstan Respublikası ərazisində qalan daha 400 Azərbaycan vətəndaşının bu gün ölkəyə gətirilməsitəmin olunub.

APA-nın verdiyi məlumata görə, soydaşlarımız avtobuslarla "Samur”sərhəd-keçid məntəqəsindən ölkəyə gətirilib.

Onlar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur”sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib, müvafiq tibbi yoxlamadan keçiriliblər.

Qəbul-çeşidləmə məntəqəsində eyni vaxtda 1200 nəfərin yerləşdirilməsi üçün şərait yaradılıb, sanitar-gigiyenik tələbləri tam təmin olunub, qidalanma, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

Hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyəsi nəzərdə tutulur.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!