Millət vəkili: “Sərtləşdirilmiş karantin rejiminin virusla mübarizədə zərəri faydasından çoxdur”

2020-09-16 12:36:31 / 163 dəfə oxunub

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov koronavirus pandemiyasına görə dünyada və Azərbaycanda bundan öncə atılan addımlar və qarşıda bizi gözləyən proseslərlə bağlı danışıb.

"Qafqazinfo” xəbər verir ki, R.Mahmudov APA tv internet kanalındayayımlanan "APAralel” verilişində çıxışı zamanı COVID-19 virusunu qriplə müqayisə edib:

"Hamı qrip infeksiyasını keçirib. COVID-19 kimi virusla da hamımız zaman içində qarşılaşacağıq. Bu gün dünya səhiyyə sistemi olaraq COVID-19 virusu ilə bağlı hadisələrə 70-80 faiz hakimik. Lakin kütləvi yoluxmanın gətirəcəyi stress və virusu öyrənməyə görə hadisəni nəzarətdə saxlamaq üçün iqtisadiyyata, mədəniyyətə zərbə vuraraqinsanları evə bağlamaq qərarına hökumətlər məcbur oldu.

Üç ay bundan qabaqkı vəziyyətlə müqayisədə həmdünyada, həmdə ölkəmizdə vəziyyət daha yaxşıdır. Bu gün yumşalmanın olmasının səbəbi daha əvvəl toxunduğumuz hər yerdən qorxarkən, bu gün virusu öyrənməyimizdir. İndi bu virusun davranma üsulunu bilirik,virus sadə qripdə olduğu kimi davranır, hava yolu təması ilə keçir. Biz bunauyğunşəkildə qorunduğumuz zaman gündəlik həyatımızı davam etdirə bilərik.

İndi vəziyyət tam nəzarət altındadır, karantin xəstəxanalarının yataqlarının 90 faizindən çoxu boşdur, əlavə xəstəxanalar da ayrılır. Amma virus bizimlədir, növbəti dalğa bizim gücümüzdən böyük olarsa, nəzarətdən çıxa bilər. Burada virusun davranma tərzi də nəzərə alınmalıdır, aprel ayında virusa yoluxanlarda ağciyər tutulması heç 1 faiz olmadığı halda, iyun-iyul aylarında yoluxanların 90 faizində ağciyərdə zədələnmələr oldu. Bunu dərəcəsindən asılı olaraq kimsə hiss etməyə bilərdi.

Qorxutmaq üçün demirəm, ancaq virusun növbəti davranışının necə olacağıbəlli deyil. Buna görə ehtiyatlı olmalıyıq. Amma biz əvvəlki qədər qorxub evlərə bağlanmayacağıq. Çünki dünyanın artıq müəyyən təcrübəsi var. Biz vətəndaş olaraq ehtiyatımızı beşdəfə artırmalıyıq, məsuliyyətimizi hiss etməliyik”.

R.Mahmudov qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı payızla bağlı vəziyyətin daha da pisləşə biləcəyi haqda xəbərdarlıq edib:

"Virusun insanlar üzərində yaratmış olduğu qorxu ilə uşağımızın adi qrip olduğu zaman keçirəcəyimiz stressi düşünərək cəmiyyət bizi nələrin gözləyəcəyinə hazır olmalıdır ki, həmin vaxt küyə düşərək daha böyük zərər verməyək. Bu payızdan sonra istər peyvənd olsun, istər olmasın, gələcək üçün artıq rahat nəfəs alınacaq zamana giriləcək. Bu COVID-19 da digər virus xəstəlikləri kimi olacaq.

Vaxtilə "Heptatit A” virusu üçün nə qədər insan həyatını itirib, amma indi həminviruslar davranışını dəyişərək insana zərər vermədən yaşayırlar. Virusun yaşaması üçün insana ehtiyacı var. Sadəcə indi çaşqınlıq yaranıb, bu çaşqınlığı da virus yaratmayıb, o, belə aqressiv olmamalı idi. Biz virusa müdaxilə etmişik, bunaehtimallar var, şübhələr var. Virusun belə fərqli davranması, ağciyərə, ürək-damar sisteminə qarşı həssaslığı ilə bağlı şübhələrimiz var”.

Rəşad Mahmudov əlavə edib ki, yenidən alovlanmalar olduğu zaman hər bir ölkəyə ÜST tərəfindən tövsiyələr verilib:

"Artıq konkret bir qərar verildi. Ağır, sərtləşdirilmiş karantin rejimlərinin COVID-19 virusu ilə mübarizədə heç bir faydasının olmadığı, hətta zərərinin daha çox olduğu sübut edildi. Əslində zərərinin çox olduğunu hamı bilirdi. Amma tibbi nöqteyi-nəzərdən faydasına görə karantin elan olunurdu, amma görüldü ki, faydası da yoxdur. Bundan sonra ən ağır, pik hadisələr olsa belə, parklarımız bağlanmayacaq.

Bizməsafəli gəzib, maskamızı taxdıqdansonra həyat olduğu kimi davam edəcək. Əvvəlki məhdudiyyətlərin bizim üçün yaratdığı fiziki passivlik mənfi nəticəsini verir. İdmançılarda bunu görürük, həmin vəziyyəthamımıza aiddir. Virusa görə zərərlər dəydi, hesablamaların düzgün aparılmadığı tərəflər oldu. Bu, bütün dünya üçün keçərlidir”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!