Əli Həsənovun Antalyadakı villasının fantastik qiyməti

2020-09-16 13:18:20 / 219 dəfə oxunub

Türkiyədə müalicə olunduğu deyilən Prezidentin sabiq köməkçisi Əli Həsənovun Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər bir müddət öncə istirahət etdiyi bildirilirdi.

Yayılan məlumatlara görə, sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı rayonunun Gürsu məhəlləsindəyerləşir.

Axar.az-ın məlumatına görə, adıçəkilən ərazidə ən ucuz villaların qiyməti 3 150 000 Türkiyə lirəsindən, yəni təxminən 787 500 manatdan başlayır.

Həmin ərazidəki "ultra lüks” kateqoriyalı ən bahalı VİP villaların minimum qiyməti isə 27 milyon türk lirəsidir. Bu da Azərbaycan manatı ilə 6 milyon 750 min manat deməkdir.

Gürsuda min kvadrat metrdən çox ərazisi olan və iki ailənin rahat istirahət edəcəyi dördmərtəbəli lüks villaların qiyməti 31-35 milyon türk lirəsi (8-9 milyon manat) arasında dəyişir.

Prezidentin keçmiş köməkçisinin qudası Səttar Möhbalıyevlə birgə eyni villada ailəvi istirahət etdiyini nəzərə alsaq, çox güman ki, Əli Həsənov Antalyada məhz 30-35 milyonluq "ultra lüks” villada dincəlir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!