Koronavirus infeksiyasından 151 nəfər sağalıb, 141 yeni yoluxma faktı qeydə alınıb

2020-09-16 15:54:02 / 195 dəfə oxunub

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 151 nəfər müalicə olunaraq sağalıb, 141 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib. Aktiv xəstə sayı 1940 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 27 min 685 test aparılıb. Bugünkü test sayı isə 7656-dir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!