Xələf Xələfov: Türkiyə və Azərbaycan qardaşlığı türk dünyasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edir

2020-09-16 17:19:39 / 151 dəfə oxunub

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bütün sahələrədə uğurla davam edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, Türkiyə və Azərbaycan qardaşlığı türk dünyasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edir.

X.Xələfov qeyd edib ki, iki qardaş ölkənin əməkdaşlığı regionun sabitliyinə və təhlükəsizliyinə öz töhfəsini verir, bu əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib: "Birgə həyata keçirdiyimiz Bakı-Tiblisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yol xətti, Trans Anadolu layihəsi xalqlarımızın rifah halının yaxşılaşdırılması ilə yanaşı, regional və qlobal inkişaf proseslərinə də öz töhfəsini verir. Transmilli layihələrin uğurla həyata keçirilməsi iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır”.

Nazir müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələri heç zaman indiki kimi yüksək olmayıb. İki qardaş ölkə arasında hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir: "Bunun üçün lazımi hüquqi baza mövcuddur. Son birgə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordusunun hazırlığına mühüm töhfələr verdi. Ölkələrimiz, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir”.

X.Xələfov əlavə edib ki, 2019 ildə iki ölkə arasında ticarət dövriyəsi 33 faiz artıb, COVİD-19-a baxmayaraq, bu il ərzində də ticarət dövriyyəsi artıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!