Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq – RƏSMİ

2020-09-16 18:00:00 / 398 dəfə oxunub

Azərbaycanla Türkiyə arasında gediş-gəlişin daha da asanlaşacağı gözlənilir.

Bu barədə "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

O bildirib ki, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi gündəmdədir:

"Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq”.

Nazir müavinin sözlərinə görə, hazırda texniki baxımdan sənədlərin razılaşdırılması işi aparılır.

"Hesab edirəm ki, yaxın vaxtlarda praktiki baxımdan da buna nail olacağıq”, - deyə X.Xələfov əlavə edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!