İctimai Birlik İsmayıllıda tədbir keçirib

2020-09-16 18:47:41 / 1455 dəfə oxunub

"Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyi ”Postpandemiya dövründə region vətəndaşlarının maarifləndirilməsi, onlara bu mövzuda psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində koronavirus (COVID-19) pandemiyası dövründə mövcud vəziyyətlə əlaqədar gigiyenik qaydalara əməl olunmaqla, məsafəni qorumaqla 10 nəfərlik tədbir həyata keçirib.

 Postpandemiya dövründə region vətəndaşlarının öz sağlamlıqları, eləcə də cəmiyyətimiz üçün müəyyən gigyenik qaydalara əməl olunması istiqamətində həyata keçirilən maarifləndirici tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhtçisi Nəsimi Teymurov, İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, "İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru Şahməmməd Dağlaroğlu və bir sıra digər qonaqlar iştirak edib.

Layihə rəhbəri Mehriban Abdullayeva ilk öncə layihə haqqında məlumat verib, daha sonra tədbir iştirakçılarını yeniyetmə və gənclərin, xalqımızın COVİD-19 virusunun qurbanına çevrilməməsi və bu problemin yaratdığı psixoloji sarsıntı, daha sonrakı ortaya çıxaracaq fəasadlar haqqında məlumatlandırıb.

Daha sonra tədbir iştirakçıları ilə psixolji söhbətlər aparılaraq, bildirib ki, karantin, izolyasiya, evdə qal, sosial məsafə saxla, tibbi maskada gəz, təmaslardan qaç və başqa qadağalar, ekran və efirdən püskürən kütləvi tələfat xəbərləri, naməlum virusa qarşı heç bir tibbi müdafiə mexanizminin olmaması, tibb elminin yeni bəla qarşısında aciz qalması istər-istəməz insanların psixologiyasın mənfi təsirini göstərir. İnsanların çoxu nə etməli sualının cavabsızlığının, qeyri-müəyyənliyin qorxusunu yaşayır.  Psixoloq daha sonra qeyd edib ki, problemli məsələnin mahiyyəti nə qədər tez dəyərləndirilərsə, çıxış və həll yolları da bir o qədər asanlaşar. İnsanlarımız gərək məqsədyönlü fəaliyyət göstərərək yenə də sərt karantin dövründə olduğu kimi, şəxsi gigiyena qaydalarına əməl etməli, sosial məsafəni qorumalı, maska taxmalı, mövcud qaydalara ciddi əməl etməlidirlər ki, özlərini və çevrələrini qoruya bilərlər.

Qeyd edək ki, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyi ”Postpandemiya dövründə region vətəndaşlarının maarifləndirilməsi, onlara bu mövzuda psixoloji dəstəyin göstərilməsi” layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirir. Layihə 5- İsmayıllı, Quba, Qusar, Xaçmaz, Şirvan regionu əhatə edir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!