Milli Məclisin İnsan hüquqları komitəsi bu gün hesabat verəcək

2020-09-17 09:41:36 / 213 dəfə oxunub

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

Milli Məclisən Sabahinfo.az-a verilən məlumata görə, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı dinləniləcək, 2020-ci ilin payız sessiyası üçün 20 bənddən ibarət iş planının layihəsi təqdim olunacaq.

Komitə üzvləri, habelə "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) müzakirə edəcəklər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!