ÜST-dən sınaqdan keçirilən COVİD-19 peyvəndləri ilə bağlı açıqlama

2020-09-17 12:34:21 / 879 dəfə oxunub

Koronavirusla bağlı klinik sınaqlarda 30 namizəd peyvənd var və bunlardan 9-u üçüncü mərhələ klinik sınaqdadır.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər.

Nümayəndəlikdən deyilib ki, bir peyvəndin təhlükəsiz və effektiv olub-olmadığını aşkar etməzdən öncə üçüncü mərhələdəki sınaqlardan əldə edilən məlumatlara ehtiyac var:

"Bəzi namizəd peyvəndlərdən bu məlumatların 2020-ci ilin sonunda və ya növbəti ilin əvvəlində əldə ediləcəyini gözləyirik. Düşünürük ki, nə qədər çox namizəd peyvənd olarsa, müvəffəqiyyət üçün bir o qədər çox imkan yaranar. Peyvənd üzərində iş gözləniləndən də sürətlə davam edir. 11 yanvar tarixində çinli tədqiqatçılar virusun genetik ardıcıllığını açıqlayandan sonra peyvənd üzərində iş başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı yanvar ayından etibarən bu tədqiqatlara cəlb olunub. Klinik sınaqlar hazırda sınaqdan keçirilən peyvəndlərin təhlükəsiz və effektiv olduğunu göstərərsə, peyvəndlərin 2021-ci ilin ortalarında ölkələrə çatdırılacağını gözləyirik".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!