ÜST həyəcan təbili çaldı: Avropada koronavirusla bağlı vəziyyət pisləşır

2020-09-17 15:48:58 / 897 dəfə oxunub

Avropadakı COVID-19-la bağlı vəziyyət pisləşməyə başlayıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Hans Kluqqe bu gün keçirdiyi brifinqdə deyib.

"Çox ciddi vəziyyətlə qarşı-qarşıyayıq. Həftəlik yoluxma sayı pandemiyanın Avropada ilk dəfə mart ayında pik həddə çatdığı göstəricini keçib. Avropa ölkələrinin yarısından çoxunda son iki həftədə 10 faiz artım var”, - deyə o bildirib.

H.Kluqqenin sözlərinə görə, xəstəlik ən çox 25 yaşdan 41 yaşadək insanlar arasında qeydə alınıb. Bu baxımdan Kluqqe virusla mübarizə üçün bütün Avropa ölkələrini həmrəyliyə çağırıb və dəstək olaraq, press-konfransa maskada qatılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!