Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib

2020-09-18 12:04:29 / 1661 dəfə oxunub

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "instagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib.

Sabahinfo.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanınrəsmi "İnstagram" səhifəsindəedilən paylaşımda qeyd edilir:

"Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!"

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!