Bakıda mebel salonunda bağbanın faciəli ölümü

2020-09-21 12:30:15 / 1101 dəfə oxunub

Sentyabrın 20-də saat 06 radələrində Yasamal rayonu ərazisində Rahman Əslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.Bununla bağı Yasamal rayon prokurorluğu məlumat yayıb. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.Aparılmış araşdırmalarla Yasamal rayonunda yerləşən mebel salonunda bağban işləyən Rahman Əslanovun həmin mebel salonun elektrik otağında elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.Hazırda fakt üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Elnarə Həziyeva

Son xəbərlər
Rəzalət davam edir...
2020-10-29 16:49:37
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!