Azərbaycanda pensiya ilə bağlı YENİLİK: Təhsil dövrü staj sayılacaq - RƏSMİ

2020-09-21 13:24:54 / 1225 dəfə oxunub

"Azərbaycanda artıq təhsil dövrüümumi pensiya stajına daxil ediləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Facebook” səhifəsində "Sosial Saat” verilişi zamanı Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov bildirib.

A.Məcidov qeyd edib ki, Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur:

"Hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır. Kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq, pensiyaya çıxma imkanı əldə edə biləcəklər”.

"30 iyun 2021-ci ilə kimi qadınlar üçün pensiya çıxma yaşı 62olacaq. Ondan sonra isə pensiya üçün yaş həddi altı ay artırılacaq, - deyə DSMF rəsmisi qeyd edib.

Son xəbərlər
Rəzalət davam edir...
2020-10-29 16:49:37
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!