Neftçalada az yaşlı qızın çılpak şəkilərinin yayilması

2020-09-21 13:16:54 / 1041 dəfə oxunub

Daxili İşlər Nazirliyi Neftçalada azyaşlı qızın çılpaq şəkillərinin yayılması ilə bağlı məsələyə münasibət bildirib.Nazirlikdən SABAHİNFO.AZ-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi öz "Facebook” səhifəsində status paylaşıb:"Paylaşımda deyilir ki, Neftçala rayonunda bir kişi həmkəndlisi olan qızı zorla qaçırıb, onu soyunduraraq şəkillərini çəkib və kənddə yayıb. Polis isə heç bir tədbir görmür”.Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov bildirib ki, Vəfa Nağının iddiaları yalandır və qərəzdən irəli gəlir:"O ki qaldı fakta, bəli, belə bir fakt qeydə alınıb. Dərhal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 151-ci və 156.1-ci maddələri ilə cinayət işi başlanılıb və hadisəni törətməkdə şübhəli bilinən rayonun Mürsəqulu kənd sakini, 30 yaşlı Əyyar Əzizov tutularaq istintaqa cəlb edilib”. 

Elnarə Həziyeva


Son xəbərlər
Rəzalət davam edir...
2020-10-29 16:49:37
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!