Millət vəkili Nizami rayon sakinləri ilə görüşləri davam etdirir

2020-09-21 16:34:44 / 955 dəfə oxunub

Milli Məclisin deputatı Könül Nurullayeva seçicilərlə görüşləri davam etdirir. Növbəti görüş Nizami rayonu Rüstəmov 76, E. Süleymanov 112, 114, 116, 118, Naxçıvanski 49, 53, 55, 61, 79, K. Balakişiyev 27, 39, 41, Q. Qarayev 32, 36a ünvanlarında yaşayan sakinlərlə baş tutdu.

Sabahinfo.az-ın məlumatına görə, digər görüşlərdə olduğu kimi, bu görüşlərdə də insanların problemləri ilə yaxından tanış olmaq imkanı yarandı. Belə ki, su sayğaclarının quraşdırılması, binaların dam örtüklərinin bərpası, məhəllələrə tramplinlərin qoyulması, binaların kanalizasiya sistemlərinin yenilənməsi, istilik təchizatı, şəhidin adına olan bulağa su xəttinin çəkilməsi, məhəlləarası yollarda asfalt örtüyünün bərpası və digər müxtəlif məsələlərlə bağlı problemlər səsləndirildi. "Görüşdə qaldırılan məsələlərin qısa zaman ərzində həll olunmasına çalışacağıq və aidiyyəti qurumlara müraciətlər hazırlayıb təqdim edəcəyik.

Ümid edirik ki, bu məsələlər də tez bir zamanda öz həllini tapacaq. Bir daha vurğulamaq istəyirəm ki, sizinlə görüşmək, canlı ünsiyyətdə olmaq, fikirlərinizi eşitmək mənim üçün çox xoşdur və problemlərin həlli istiqamətində bunu vacib addım hesab edirəm. Sizin hər zaman yanınızda olacaq və dəstəyimi əsirgəməyəcəm!”, - deyə K.Nurullayeva bildirib.

Xatırladaq ki, ölkədə karantin rejimi səbəbindən insanlarla canlı təmas qurmaq imkanı olmadığından görüşlər onlayn formada keçirilirdi. Lakin sakinlərin canlı ünsiyyətə ehtiyacını nəzərə alaraq, karantin qaydaları çərçivəsində ənənəvi görüşlərin təşkilinə başlanıb. Millət vəkili sakinlərin müraciətlərinə uyğun olaraq, görüşləri davam etdirir.

Son xəbərlər
Rəzalət davam edir...
2020-10-29 16:49:37
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!