Qurban Qurbanov: Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirik

2020-10-02 10:51:44 / 660 dəfə oxunub

Öz döyüşçülərimi təbrik edirəm. Həqiqətən də meydanda özlərini döyüşçü kimi göstərdilər.

Trend-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasını pley-offunda Polşada "Legiya" üzərində qələbədən (3:0) sonra mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu çox vacib qələbə idi. Bir komanda dayanmalı idi. Baxmayaraq ki, 3:0 hesabı ilə qalib gəldik, rəqibə hörmətlə yanaşıram. Yeni baş məşqçiləri var, yeni sistem tətbiq edir. Oyunun gedişində də xeyli dəyişikliklər etdi. Ancaq komandamız demək olar ki, hərtərəfli hazır idi. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirik.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!