Macarıstan parlamentinin sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

2020-10-16 12:44:30 / 816 dəfə oxunub

Macarıstan parlamentinin sədri Laslo Köver Azərbaycan Milli Məclisinin Ssdri Sahibə Qafarovaya cavab məktubu ünvanlayıb.

Milli Məclisdən Sabahinfo.az-a verilən məlumata görə, L.Köver cari il 27 sentyabr tarixindən cəbhə xəttində baş verənlər haqqında ətraflı məlumatlara görə həmkarına təşəkkürünü bildirib və mülki insanların ölümü ilə nəticələnən qarşıdurmanın beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurduğunu qeyd edib.

L.Köver Macarıstan hökumətinin problemin beynəlxalq hüququn ümumi prinsiplərinə uyğun həllini, həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməkdə davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova bir sıra ölkələrin spikerlərinə və beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə Ermənistanın 27 sentyabrdan etibarən cəbhə xəttində törətdiyi təxribatlar haqqında məktublar ünvanlayıb. Məktublarda Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları, Azərbaycanın şəhər və rayonlarının artilleriya və raketlərdən atəşə tutulması, işğalçı ölkə tərəfindən mülki vətəndaşların və mülki obyektlərin hədəfə alınması haqqında geniş məlumat verilib, həmçinin Ermənistanın törətdiyi bu müharibə cinayətlərinə, vandallıq aktlarına və işğalçılıq siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibətin bildirilməsinə çağırış olunub.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!