Şentop: Dağlıq Qarabağ heç zaman müstəqil olmayıb və bundan sonra da olmayacaq

2020-10-19 10:38:25 / 568 dəfə oxunub

Azərbaycanla Türkiyə arasında münasibətlər dünyada bənzəri olmayan münasibətlərdir.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda jurnalistlərlə görüşündə deyib.

M.Şentop bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir.

O qeyd edib ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır: "Bizim dostluğumuz əbədiyyətə qədər olacaq".

M.Şentop bildirib ki, Türkiyə haqlı mübarizəsində qardaş Azərbaycanın yanındadır:

"Dağlıq Qarabağ heç bir zaman Azərbaycandan ayrı olmayıb. Dağlıq Qarabağ tarix boyunca heç zaman müstəqil olmayıb və bundan sonra da olmayacaq. Bütün benyəlxalq təşkilatlar da Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu qeyd edir.

Gəncədə mülki əhalini atəşə tutmaq hərbi cinayətdir. Vaxt gələcək, bunu edən Ermənistan rəsmiləri məsuliyyətə cəlb ediləcək”.

Son xəbərlər
ANALARIN SƏSİ
2020-12-04 15:45:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!