Düşmənin bu xain əməlləri cəzasız qalmayacaq - Sahibə Qafarova

2020-10-20 12:04:25 / 970 dəfə oxunub

Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədərək cəbhə zonasından uzaqda yerləşən əraziləri və mülki əhalini atəşə tutur.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova qeyd edib ki, düşmənin bu xain əməlləri cəzasız qalmayacaq: "Terrorçu Ermənistan cəbhə zonasından kənarda Azərbaycanın günahsız insanlarını, uşaqları qətlə yetirir.

Düşmən bilməlidir ki, bu xain əməllərin heç biri cəzasız qalmır və qalmayacaq. Azərbaycan ordusu hər gün bizə qələbə sevinci yaşadır. Müzəffər ordumuz başladığı işi sona çatdıracaq”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!