İvanovka sakinindən şəhidlərimizə möhtəşəm şeir

2020-10-21 09:49:48 / 1154 dəfə oxunub

İsmayıllının İvanovka kənd sakinləri cəbhədə baş verən hadisələrə yüksək səviyyədə birlik nümayiş etdiriblər. Qəsəbədə yaşayan malakanlar Qarabağın erməni işğalından azad olunması uğrunda cəbhədə döyüşən əsgərlərimizə dəstək nümayiş etdiriblər.Onlar müzəffər ordumuz üçün dualar edib, qələbələrin davamlı olmasını arzu ediblər. Bununla yanaşı Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürüblər.

Bu arada xüsusi bir məqamı da diqətinizə çatdırmaq istəyərdik. İvanovka kənd sakini Olqa Jabina düşmənlə mübarizədə qəhrəmancasına şəhid olan igidlərimizlə bağlı şeir yazıb. Şeirində əsgərlərmizəruh yüksəkliyi arzulayan O.Jabina ermənilər tərəfindən mülki əhalinin atəşə tutulmasını qınayıb. O.Jabina şəhidlərin qanının yerdə qalmayacağını şeirində xüsusi notlarla vurğulayıb.


Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!