Hande Harmancı: Lazım olan tədbirlər görülməsə, yoluxma sayı iki dəfə arta bilər

2020-11-20 14:31:28 / 232 dəfə oxunub

Əhali koronavirus xəstəliyini ciddi qəbul etməsə, lazım olan tədbirləri görməsə, qarşıdakı qış aylarında gündəlik yoluxma sayı iki dəfə arta bilər.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, insanlar bu xəstəliyin ciddi olduğunu qəbul edərlərsə, kütləvi yerlərə getməkdən imtina edərlərsə, getdikləri zaman tibbi maskadan istifadə edərlərsə və onu düzgün taxarlarsa, əllərini tez-tez yuyarlarsa, bu xəstəliklə mübarizə aparmaq olar.

H.Harmancı qeyd edib ki, bu halda ciddi karantin qaydalarının tətbiqinə də ehtiyac olmaz.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!