Ermənistan Vəkillər Palatasının sədri: “Paşinyan getməlidir və gedəcək”

2020-11-21 10:14:31 / 372 dəfə oxunub

"Keçmiş hakimiyyətə qarşı xalqın narazılığı fonunda hakimiyyətə gələn Nikol Paşinyan və onun komandası erməni apostol kilsəsi, ailəsi, ordusu, təhsili, hüququ və jurnalistikası da daxil olmaqla əsas milli qurumları və potensial müqavimət mənbələrini hədəf aldı”.

Bu sözləri "Facebook” hesabında Ermənistan Vəkillər Palatasının sədri Ara Zöhrabyan deyib.

"Nikol Paşinyanlar nələrə görə məsuliyyət daşıyır:

1. silahlı qüvvələrin hərbi-texniki dəstəyinin düzgün təşkil edilməməsinə görə;

2. İran və Gürcüstanla münasibətlərin pisləşməsinə görə;

3. Rusiya ilə lazımi əməkdaşlığın təmin olunmamasına görə;

4. danışıqlara dalana dirədiyinə görə;

5. müharibə zamanı səfərbərliyin düzgün təşkil edilməməsinə görə;

6. müharibə dövründə insanların gerçəklikdən kənarda saxlanılmasına görə;

7. müharibə zamanı qarşılıqlı yardımın düzgün təşkil edilməməsinə görə;

8. müharibəni tez bitirməməyə görə;

9. sənədi hər kəsdən gizlin imzaladığına görə.

Bu vəziyyətdə hamımızın günahkarıq, ancaq məğlub olan səlahiyyətlilər getməlidir. Nikol Paşinyan getməlidir və gedəcək”.

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!