Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb

2020-11-21 10:25:09 / 295 dəfə oxunub

Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsi tamamilə başa çatıb.

"RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda yerləşməni tam şəkildə başa çatdırıb və qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb”, - deyə S.Şoyqu bildirib.

Müdafiə naziri bildirib ki, ümumilikdə 250 təyyarə uçuşu icra olunub, 1960 hərbçi və 552 texnika daşınıb, 23 müşahidə postu yerləşdirilib. Laçın dəhlizi və yolun Xankəndiyə qədər olan 28 kilometrlik hissəsi tam şəkildə partlayıcı predmetlərdən və vurulmuş texnikalardan təmizlənib.

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!